Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakıda mağazadan Hafiz Hacıyevin acığına endirim – Foto 

Bakıda mağazadan Hafiz Hacıyevin acığına endirim – Foto 

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start verib. Axar.az xəbər verir ki, yeni aksiyaya əsasən, mağazaya şortiklə gələn müştərilərin alacaqları mallara 20 faiz endirim ediləcək.

Kampaniyanın müddəti 30 iyul tarixindən 10 avqusta qədər davam edəcək. Mağaza məhsullarını “Şortiklə gəl, 20% endirim qazan ” şüarı ilə satışa çıxarıb. Xatırladaq ki, bir müddət öncə Novxanıda çimərlik kənarında fəaliyyət göstərən istirahət mərkəzləri müştərilərə şortiklə daxil olmağa yasaq qoymuşdu.

Müasir Müsavat Partiyasının sədri isə Hafiz Hacıyev şortik geyməyin kişiyə yaraşmadığını və belələrinin üstünə kislota tökülməsinin vacib olduğunu demişdi. Bunun ardınca sosial şəbəkədə şortik geyinənlərin fləşmobunun keçiriləcəyi ilə bağlı event yaradılmışdı və bu eventə məşhurlar da qoşulmuşdu.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın