Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Bakıda həbsxanada qiyam olması xəbərinə – Rəsmi münasibət

Bakıda həbsxanada qiyam olması xəbərinə – Rəsmi münasibət

İki saylı cəzaçəkmə müəssisəsində qiyam baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə Penitensiar xidmət reaksiya verib.

İctimaiyyətlə əlaqələr şöbəsi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib. Hal-hazırda müəssisəsədə tam sakitlikdir və yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, sosial şəbəkədə sentyabrın 9–u Əlaqif Abbasov adlı bir məhbusun qəflətən dünyasını dəyişməsi, növbəti gün isə digər məhbus Famil Hüseynovun mübahisə nəticəsində yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi qətlə yetirməsi ilə bağlı xəbər yayılmışdı. Məhbusların qiyam etdiyi və Penitensiar Xidmətin Xüsusi Təyinatlılarının müəssisəyə yeridildikləri qeyd olunmuşdu.

Həmin müəssisədə həmçinin, REAL-ın sədri İlqar Məmmədov, NİDA-çı Məhəmməd Əzizov, jurnalist Nicat Əliyev də cəza çəkdiyi deyilir.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın