Ana səhifə / Siyasət / Bakıda evi erməni tərəfindən “yağmalanan” vətəndaş məhkəməni uddu

Bakıda evi erməni tərəfindən “yağmalanan” vətəndaş məhkəməni uddu

Bakıda evi erməni tərəfindən əlindən alınan vətəndaş məhkəməni udub. Musavat.com-a bu barədə paytaxt sakini Snequrenko Aleksey Petroviç özü məlumat verib. O bildirib ki, Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb və evin bağışlanması barədə illər öncə verilmiş sənədi ləğv edib: “Təşəkkür edirəm məhkəməyə, təşəkkür edirəm hakimlərə. artıq ev mənimdir. Bu qoca yaşımda küçədə qalmışdım. Sağ olsunlar, haqqın yanında olub məni müdafiə etdilər”.
Qeyd edək ki, Snequrenko Aleksey Petroviç üç ildir ki, küçələrdədir. 65 yaşlı vətəndaşın Bakıda yaşadığı evini bir neçə il əvvəl erməni əlindən alıb. Onu isə üç il əvvəl döyüb küçəyə atıblar. O, mənzili işlədiyi yerdən- 1978-ci ildə alıb. Xətai rayonu, Telnov küçəsində, 18 saylı evdə, mənzil 99 artıq onun sayılır. Evini isə erməni əsilli Makarov Yakov Alekseyeviç qanunsuzluqla onun əlindən alıb: “Onun əsl soyadı Simonyan idi. Bir gün məlum oldu ki, mən evi onlara bağışlamışam. Bu ilin yanvarında bağışlanmanın qanunsuz hesab olunması, ləğvi ilə bağlı məhkəməyə müraciət etmişəm. Xətai Rayon Məhkəməsi işi başdansovdu etdi, məhkəmə adına bir şey olmadı. Qapının dalında qaldım, bir dəfə içəri çağırmadılar. Sonunda da məhkəmə, hakim Namidar Misirzadə iddiamı təmin etmədi. Ancaq mənim haqlı olduğumu sübut edən nə qədər şahid var idi. Qarşılaşdığım nə qədər məmur ölkə vətəndaşını deyil, qanunsuzluq edən ermənini müdafiə etdi. Bu, qanunsuzluq idi, özbaşınalıq idi. Onların bunu etməkdə məqsədi nə idi? Prezidentlə görüşmək imkanım olsa, bunları ona deyərdim”. Apellyasiya Məhkəməsində sədr İman Nağıyev, hakim Vüqar Həsənov olub.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın