Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Bakıda Eldar Mahmudovun oğlunun bütün avtosalonları bağlanır

Bakıda Eldar Mahmudovun oğlunun bütün avtosalonları bağlanır

Bakıda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna məxsus “Crystal Motors” şirkətinin avtomobil salonları bağlanıb.
Azinforum.az Virtualaz. org-a istinadən xəbər verir ki, Babək prospekti, 74 ünvanında yerləşən, “Maserati”, “Jaguar” və “Range Rover” avtomobillərinin satıldığı salon ötən həftənin şənbə günündən etibarən bağlıdır.
Əməkdaşımız salona baş çəkib, qapıların bağlı olduğunu görüb. Ancaq içəridə bir neçə avtomobil hələ qalır.
Yaxınlıqdakı avtotəmir məntəqəsinin əməkdaşları mağazanın ötən həftənin şənbə günündən işləmədiyini bildiriblər. Digər məlumata görə dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.
“Crystal Motors”un “Sədərək” yarmarkasına gedən yolun kənarında yerləşən “Jaguar” avtomobil salonu da işləmir. Müsavat.com xəbər verir ki, salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb.
“Crystal Motors” keçmiş milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudovun “Crystal Holding” şirkətlər qrupunun tərkibindədir. E.Mahmudovun işdən çıxarılmasından sonra onun oğlunun şirkətlərinin də fəaliyyəti məhdudlaşıb.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın