Ana səhifə / Siyasət / Bakıda cəbhəçi fəallar aksiya keçirməyə cəhd etdi

Bakıda cəbhəçi fəallar aksiya keçirməyə cəhd etdi

Azərbaycan Xalq Cəbhəsi partiyasının bir qrup fəalı bu gün Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsi qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Beləki, aksiya iştirakçıları AXCP-nin üzvü Niyaməddin Əhmədovun azadlığa buraxılmasını tələb ediblər.

Polis əməkdaşları, koronavirus pandemiyası səbəbindən beş nəfərdən çox adamın toplanmasının yolverilməz olduğunu əsas gətirərək, etirazçıların dağılmalarını tələb edib.

Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev “Turan”a açıqlamasında bildirib ki, polis etirazçıların ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılan yoxdur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …