Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakıda ATƏT-in müşahidə missiyasının mətbuat konfransında qalmaqal

Bakıda ATƏT-in müşahidə missiyasının mətbuat konfransında qalmaqal

Aprelin 12-də saat 14:30-da ATƏT DTİHB missiyasının konfransında bir qrup hökumətyönlü jurnalist və hakimiyyət nümayəndəsinin qalmaqal yaratmasından sonra missiya tədbiri dayandırmalı olub.
Turan-nın məlumatına görə, missiya seçkilərin gedişində və səsvermə zamanı qeydə alınan pozuntu faktlarını açıqlayarkən sözügedən şəxslər qışqırmağa başlayıblar və etiraz ediblər. Qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlər xüsusilə kəskin reaksiya doğurub.

Qrupdakı adamlar “Yalan danışmağa son qoyun!”, “Bu, doğru deyil!” çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər.
Nəticədə tədbir dayandırılıb, missiya üzvləri zaldan çıxıblar. “Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar”, – bir qrup şəxs qışqırıb.
20 dəqiqədən sonra onlar qayıdaraq öz rəylərini oxumağa davam ediblər. Əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …