Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakıda 50 yaşlı müəllimə ilə şagirdin gizli videosu – Rəsmi araşdırma

Bakıda 50 yaşlı müəllimə ilə şagirdin gizli videosu – Rəsmi araşdırma

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 45 saylı məktəbinin ingilis dili müəlliməsi, 50 yaşlı Ziyafət Nəbiyeva və 11-ci sinif şagirdi ilə bağlı sosial şəbəkələrdə yayımlanan qalmaqallı videogörüntüyə qiymət verəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda məsələ ilə bağlı ilkin araşdırmalar aparılır(Trend).
Xatırladaq ki, həmin görüntüdə şagird müəlliməyə arxadan yaxınlaşaraq onu üzündən öpüb. İyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova həmin videogörüntünü əsas gətirərək Z.Nəbiyevanın işdən azad edilməsi üçün ərizə yazmasını istəyib. Direktor həmin müəlliməyə köçürmə yolu ilə başqa məktəbə getməsini təklif edib.
Z.Nəbiyeva videonun qışda çəkildiyini bildirərək, səslənən ittihamları qəbul etməyib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın