Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakı-Sumqayıt yolunda yaralanan iki nəfərin ayağı amputasiya olunub
Фото Андрея Мосиенко 22.11.11

Bakı-Sumqayıt yolunda yaralanan iki nəfərin ayağı amputasiya olunub

“Yaralıların vəziyyəti hələ də ağır olaraq qalır”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Sumqayıt şəhər xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov deyib.

Baş həkim bildirib ki, qəzadan sonra 10 nəfər Sumqayıt xəstəxanasına qəbul olunub:

“Hamısının vəziyyəti ağırdır. 4-5 nəfər əməliyyat olunub. Əməliyyatla 2 ayağı amputasiya olunan xəstə ölüb. Onun bir ayağı maşında qalmışdı, birini də burada kəsdik. Digər xəstələrdən bir kişi, bir arvadın isə bir ayağı amputasiya olunub. Qalan xəstələr şöbələrdədir. Yaralılardan Qarayev Elçin Xoşbəxt oğlunu Bakıya aparıblar. Həmin xəstədə ağır qapalı kəllə-beyin travması, qabırğaların sınığı diaqnozu qoyulub. Hazırda burada 8 nəfər qalıb. Onlardan biri sürücü-Ağakişiyev Baloğlan Güloğlan oğludur, Xəstələrin hamısının ya huşu yoxdur, ya da ki, narkozdadır. İlkin məlumatlara görə yol kənarındakı dəmir mikroavtobusu parçalayıb içəri girdiyi üçün xəstələrin ayağı kəsilib. 2 meyit bizim morqa gətirilib, bir nəfər isə burada ölüb. Hal-hazırda bütün xəstələrin vəziyyəti ağırdır”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın