Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bakı-Novorossiysk kəməri fəaliyyətini bərpa edir

Bakı-Novorossiysk kəməri fəaliyyətini bərpa edir

“Ötən ay Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməməsi emal zavodlarının təmirə dayandırılması ilə əlaqədar olub”.

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri ilə ixrac etməyə istənilən həcmdə nefti var: “İyunda emal zavodlarını təmirə dayandırdıq və bu zaman yığılıb qalan nefti Bakı-Tbilisi-Ceyhan əsas boru xəttinə yönəltdik. Hazırda bütün kəmərlərimiz işlək vəziyyətdədir. Bizim istənilən kəmər vasitəsilə neft ixrac etmək imkanımız var”.

 

SOCAR prezidenti bildirib ki, bu gündən etibarən Bakı-Novorosiysk kəmərinə neftin vurulmasına başlanılacaq.

 

“Bakı-Novorossiysk kəməri bizə lazımdır. Bu il ərzində bu kəmərlə təxminən 1,5 milyon barrel neft ixrac ediləcək”, – deyə R. Abdullayev qeyd edib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın