Ana səhifə / Siyasət / Bakı Hacıbala Abutalıbovsuz qaldı

Bakı Hacıbala Abutalıbovsuz qaldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Prezident komandasında mühüm dəyişiklər edib. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətini başçısı (artıq sabiq-red.) Hacıbala Abutalıbovla bağlıdır. Belə ki, H.Abutalıbov baş nazirin müavini vəzifəsinə təyin olunub.

Bu, Hacıbala Abutalıbovun artıq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaması deməkdir.

Bir neçə gün öncə musavat.com Hacıbala Abutalıbovun BŞİH başçısı vəzifəsindən azad ediləcəyi haqda proqnoz vermişdi. Bu gün səhər saatlarından isə H.Abutalıbovun tələm-tələsik kabinetində yır-yığış edib oranı tərk etməsi haqda məlumatlar yayılırdı.

Hacıbala Abutalıbovun BŞİH başçısı vəzifəsində azad edilməsi paytaxt təsərrüfatı sistemində böyük dəyişiklik deməkdir.
İndi maraqlı olan odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı kim olacaq.

Xatırladaq ki, bu posta gəlmək üçün bir neçə şəxsin iddiası olmasına dair ötənlərdə mediada xeyli yazılar dərc edilib. Amma yeni BŞİH rəhbəri tam sürpriz bir ism də ola bilər.

Xatırladaq ki, Abutalıbov Hacıbala İbrahim oğlu 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.

O, 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Bu postda o, 17 il çalışıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …