Ana səhifə / Siyasət / Bakı Bulvarından “Şeytan çarxı” ilə bağlı AÇIQLAMA

Bakı Bulvarından “Şeytan çarxı” ilə bağlı AÇIQLAMA

Bakı bulvarının ən böyük attraksionlarından biri sökülür.

Bulvardakı “Şeytan çarxı” kimi tanınan attraksion artıq fəaliyyətini dayandırıb. Attraksionun əsas hissəsi sökülüb. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Modern.az saytına açıqlamasında məlumatı təsdiq edib:“Atraksion iqtisadi cəhətdən səmərə vermir və istismar müddəti başa çatdığından sökülür.

Nəzərə almaq lazımdı ki, attraksion 30 ildir istismarda idi. Yerində yeni bir attraksion quraşdırılması nəzərdə tutulub. Hələlik nə olacağı dəqiqləşməyib”.

Qeyd edək ki, bulvarın yeni salınmış ərazisində daha böyük “Şeytan çarxı” quraşdırılıb

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın