Ana səhifə / Siyasət / Bakı-2015: Kim neçə medal qazanıb?

Bakı-2015: Kim neçə medal qazanıb?

Bakı-2015 I Avropa Oyunlarının 4-cü günündə 15 dəst medal sahibini tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi günü 3 medalla başa vurub.
1 qızıl, 2 bürünc mükafat qazanan yığmamız 2 gün qərarlaşdığı zirvəni əldən verib. Belə ki, qeyri-rəsmi komanda birinciliyində Rusiya liderliyi ələ keçirib. Hesabında 9 qızıl, 2 gümüş, 4 bürüncü olan şimal qonşularımızın hesabında 15 medal var.
Ümumilikdə daha çox – 16 mükafat qazanan Azərbaycan idmançıları 7 qızıl və eyni sayda bürünclə yanaşı, 2 gümüş də əldə edib. Həm medal sıralamasında, həm də ümumi mükafat sayında 3-cü pillədə Türkiyə qərarlaşıb.
Qeyd edək ki, Avropa Oyunlarında iştirak edən 50 ölkədən 29-u medal qazanıb. Çempionluq sevincini isə yalnız 14 yığmanın üzvləri yaşayıb.
Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 9 2 4 15
2 Azərbaycan 7 2 7 16
3 Türkiyə 4 2 6 12
4 Almaniya 3 4 4 11
5 İsveçrə 3 2 1 6
6 Macarıstan 3 1 1 5
7 Fransa 2 3 3 8
8 İspaniya 2 1 0 3
9 Ukrayna 1 3 3 7
10 Portuqaliya 1 2 0 3
11 Belarus 1 1 4 6
12 Xorvatiya 1 1 2 4
13 İsveç 1 0 1 2
14 Böyük Britaniya 1 0 0 1
15 Avstriya 0 3 2 5
16 İtaliya 0 3 0 3
17 Hollandiya 0 2 1 3
18-19 Bolqarıstan 0 1 3 4
  Polşa 0 1 3 4
20 Çexiya 0 1 1 2
21-25 Ermənistan 0 1 0 1
  Yunanıstan 0 1 0 1
  İisrail 0 1 0 1
  Serbiya 0 1 0 1
25 Makedoniya 0 0 2 2
26-29 Danimarka 0 0 1 1
  Estoniya 0 0 1 1
  Monteneqro 0 0 1 1
  Slovakiya 0 0 1 1

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın