Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bahar Muradovanın yerinə namizəd olan Svetlana Məmmədova kimdir? – Foto

Bahar Muradovanın yerinə namizəd olan Svetlana Məmmədova kimdir? – Foto

YAP-ın dünən açıqladığı siyahıda adı olmayan sürpriz ismlərdən biri də Milli Məclis sədrinin müavini Bahar Muradova oldu. 

Onun 3 dəfə deputat seçildiyi 84 saylı Füzuli seçki dairəsindən bu dəfə Məmmədova Svetlana Gəray qızının namizədliyi irəli sürülüb. Amma internet resurslarında YAP-ın yeni namizədi haqda demək olar ki, heç bir məlumat yoxdur.

“Yeni Sabah” namizədin özü ilə əlaqə saxlayıb. S. Məmmədova 26 sentyabr 1959-cu ildə Füzuli rayonunda anadan olub. Sumqayıt şəhərində 21 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olub. 

Ali təhsili başa vurduqdan sonra Füzuli rayonunda 4 nömrəli orta məktəbdə müəllimə işləyib. Yasamalda yerləşən 47 nömrəli məktəbdə tərbiyə işləri üzrə direktor müavini, daha sonra isə – 2011-ci ildən də Binəqədi rayonunda Fizuli rayon 2 nömrəli tam orta məktəbin  direktoru vəzifəsində çalışır.

S. Məmmədova bildirib ki, o, Yeni Azərbaycan Partiyasının fəaliyyətində hər zaman aktiv iştirak edib. Namizədliyi təsdiqləndikdən sonra partiyanın seçki platformasının təbliği ilə bağlı seçicilərlə görüşlərə başlayacağını bildirib.

Bahar Muradovanın yerinə namizəd olan Svetlana Məmmədova kimdir? -

Həmçinin oxuyun

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi – Video

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda …