Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Bağlanan universitetdən açıqlama: “Bu xəbəri mətbuatdan oxumuşuq” – REPORTAJ

Bağlanan universitetdən açıqlama: “Bu xəbəri mətbuatdan oxumuşuq” – REPORTAJ

Təhsil Nazirliyi Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib.
Nazirlikdən deyilib ki, universitet 2016-cı ilin oktyabrında müraciət edərək, Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə bağlı fəaliyyətini dayandırma qərarı aldığını bildirib: “Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə aldıq. “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması qərarı verdik. Hazırda orada təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Bu məqsədlə işçi qrupu yaradılıb”.
Nazirlik işçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təklifləri hazırlayıb, rəhbərliyə təqdim edilməsini tapşırıb: “Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.
Artıq təhsil naziri Mikayıl Cabbarov Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.
Əmrə əsasən, 2016-2017-ci tədris ilində “Təfəkkür” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək. Nazirlikdən bildirilib ki, universitetin tələbələrinə seçim olaraq əsasən özəl universitetlər təqdim ediləcək.
Tələbələrin köçürüləcəyi universitetlərin dəqiq siyahısı qış imtahan sessiyası başa çatdıqdan sonra dəqiqləşəcək. Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.
Hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfəri IV kursda təhsil alır və bu il məzun olacaqlar.
Məsələnin bu qədər səs-küyə səbəb olmasını nəzərə alaraq, adıçəkilən universitetə baş çəkdik. İmtahan saatları başa çatdığı üçün universitetdə tələbələr gözə dəymirdi. Amma məlumat ala biləcəyimiz məsul şəxs tapa bildik.
Universitetin prorektor əvəzi olan İlham Musayev musavat.com saytına məsələ ilə bağlı danışıb. İ.Musayev bildirib ki, onlar nazirliyə müraciət etməyiblər: “Bizim heç bir maliyyə sıxıntımız yoxdur. Biz yox, əvvəlki rektor nazirliyə müraciət edibmiş, o da artıq işləmir. Hər kəsin maaşını vaxtında ödəyirik. Sadəcə, dekabr ayının maaşı gecikir, onu da həll edirik. Ciddi problem yaşamırıq. Universitetin qapadılma xəbərini biz də mətbuatdan oxumuşuq. Bizə nazirlikdən heç bir rəsmi sənəd gəlməyib”.
– Universitetdə nəsə problem var? Təhsilmi zəif verilir? Yəni qapadılma səbəb nə ola bilər?
– Bizim heç bir problemimiz yoxdur. Nazirliklə də aramızda narazılıq olmayıb. Bizi çağırıb, nəsə tapşıran, söz deyən, göstəriş verən də həmçinin… Tələbələri köçürəcəklər. Bu, nə onlar, nə də ailələri üçün xoş deyil. İnsan alışdığı yerdə qalmaq istəyir. 3 ildir ki, bu təhsil ocağına gələn tələbələr, son tədris ilini başqa universitetdə keçirəcəklər. Oraya, oranın şəraitinə, mühitinə və müəllimlərinə alışmaq asan olmayacaq.








Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın