Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Bəzi dövlətlər bizim daxili işimizə qarışır” – Allahşükür Paşazadə

“Bəzi dövlətlər bizim daxili işimizə qarışır” – Allahşükür Paşazadə

“Allah bizə zəfər versin, arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpaqlarımızda azan səsi gəlsin”.
APA-nın xəbərinə görə, bunu Ramazan münasibətilə “Əjdərbəy” məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Azərbaycanda birlik, vəhdət olduğunu vurğulayan QMİ sədri “Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir. Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var. İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi iki mindən artıq məscid fəaliyyət göstərir. Ramazan ayında böyük fərəhdir ki, erməni işğalından azad olunan torpaqlarımızda birinci dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız azad olunacaq”, deyə bildirib. .

QMİ sədri deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir. Bu siyasət öz bəhrəsini verir”.

Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib: “Allah bizi daha da birləşdirsin, dövlətimiz, ordumuz daha da güclü olsun”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın