Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Bəyin oğurlanması” filminin çəkildiyi kənddə 5 ulduzlu otel tikiləcək

“Bəyin oğurlanması” filminin çəkildiyi kənddə 5 ulduzlu otel tikiləcək

Şamaxı rayonunda 150 otaqlı yeni 5 ulduzlu otel tikiləcək.

“ Azinforum.az ” “Marja”ya istinadən xəbər verir ki, fiziki şəxs tərəfindən tikiləcək otelin tikintisi üçün Məlhəm bələdiyyəsi ərazisində 17 hektar sahə ayrılıb.

Fiziki şəxsin adı açıqlanmır.

Məlumat üçün qeyd edək, “Bəyin oğurlanması” filmi Şamaxının Məlhəm kəndində çəkilib. Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən sayısız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Böyük şairlərdən biri olan Əfzələddin Xaqani Məlhəm Kəndində anadan olub və yetişib.

Qeyd edək ki, artıq Şamaxıda (Şərədil kəndi) bir beşulduzlu – “Şamaxi Palace Platinum By Rixos” fəaliyyət göstərir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın