Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyevin ailəsi ilə görüşünə icazə verildi

Bəxtiyar Hacıyevin ailəsi ilə görüşünə icazə verildi

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailə üzvləri ilə görüşünə icazə verilib.
Bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. Müdafiəçi bildirib ki, Bəxtiyar Hacıyevin yaxın qohumlarına nisbətdə görüş və telefon danışığı məhkəmə tərəfindən təmin edilib.
Əldə etdiyimiz məlumata görə, artıq o, bir dəfə Yeni il bayramı ərəfəsində anası ilə də görüşüb.
Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyevin həbsindən bir ay ötür. O, həbsdə bu müddətdə 2 həftə aclıq edib. Vəkilləri tərəfindən bir neçə dəfə ev dustaqlığına buraxılması üçün vəsatətlər verilsə də, məhkəmələr vəsatətləri təmin etməyib. B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …