Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyev: “Zəhləmi tökməsinlər, futbola baxıb, rahat yatsınlar…”

Bəxtiyar Hacıyev: “Zəhləmi tökməsinlər, futbola baxıb, rahat yatsınlar…”

“Hər dəfə hansısa ölkəyə getdiyimi yazanda bir qrup adam çıxır, “nə ilə gedirsən, necə gedirsən?” soruşur ha, bax o adamlar hər dəfə səfərdən qayıdanda “Vətəndəyəm”, “Bakıdayam”, “Azərbaycandayam” yazanda bir dəfə də soruşmurlar ki, “nə ilə qayıtdın, necə qayıtdın?” Yəqin bilirlər ki, xaricdən Bakıya piyada qayıtmıram və bəzən dönüş biletləri gediş biletlərindən baha olur. Görünür, adamlar başqa birinin də bu cəmiyyətə qayıtdığını, onlarla eyni problemlər içində üzdüyünü görəndə nisbətən daha rahatlaşırlar, kimsə gedəndə isə narahat olurlar ki, bir neçə günlük də olsa, azad, ədalətli, demokratik ölkədə vaxt keçirəcək”.

Bunu siyasi fəal Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun illik toplantısında iştirak üçün Praqaya gedəcəyini deyib: “Məndən başqa azı 20 nəfər də iştirak edəcək bu tədbirdə. Təşkilatçılar bütün xərcləri ödəyirlər. İndidən yazdım ki, yola çıxanda həmin qrup yenə eyni suallarla zəhləmi tökməsinlər, futbola baxıb, rahat yatsınlar…”

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …