Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyev seçkiyə qatıldı, rəqibinə mesaj göndərdi

Bəxtiyar Hacıyev seçkiyə qatıldı, rəqibinə mesaj göndərdi

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev deputatlığa namizədliyini irəli sürəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bəxtiyar Hacıyev 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır. Artıq bununla bağlı hazırlıqlara başlayıb. İctimai fəalın seçkiyə 29 saylı Səbail seçki dairəsindən qatılmağı planlaşdırdığı deyilir.

Bəxtiyar Hacıyev 29 saylı dairədən namizədliyini irəli sürmüş Baku Grand Prix Formula1 yarışlarının marketinq və PR direktoru Nigar Arpadaraiyə qarşı yarışacaq.

İctimai fəal bu gün Facebook soasial şəbəkəsində “Seçki yarışdır, amma Formula1 yarışı deyil. Bu, siyasət yarışıdır. Biz bu yarışa hazırıq” mesajını verib. Həmin statusu sizə təqdim edirik: “Həyatında bir dəfə başına qar dənəsi düşməmiş, evdən avtomobilinə qədər də çətir tutanların müşayiəti ilə getmiş ağ yaxalıqlı oğlan və qlamur qızlar, aclıq, çətinlik, yoxsulluq nədir bilməyən insanlar hər gün evinə aldığı 5 manatlıq ərzaqı məhəllə mağazasında nisyə dəftərinə yazan ailə başçılarını, öz ixtisasına uyğun iş tapa bilmədiyinə görə 300 manat maaşa 11 saat istismar edilib, 100 manatdan 4 nəfərlə eyni evdə yaşayan gəncləri, xəstə anasına 50 manatlıq dərmanı ala bilmədiyinə görə dəniz kənarına çıxıb, hıçqıraraq ağlayan oğulları, 1000 avro tapa bilmədiyinə görə xəyalındakı xarici universitetə internetdən baxmağa məhkum olunmuş gəncləri və hazırkı sistemin yaratdığı qeyri-bərabərliyin qurbanı olduğuna görə yaşamaq uğrunda mübarizə aparanları anlaya bilməzlər.

Həyat yalnız dövlət büdcəsindən mənimsənilmiş yüz milyonlar hesabına uğur imici yaratmaqdan ibarət deyil. Vətəndaşların dərin problemləri var və həyatı lüks mağazalar və restoranlarda keçənlər sıravi insanların dərdini anlaya bilməzlər.

Seçki siyasət yarışıdır, Formula 1 yarışı deyil. Biz bu yarışa hazırıq.”

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …