Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə ilə satılmasında dəyişiklik – Prezident sərəncamı

Bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə ilə satılmasında dəyişiklik – Prezident sərəncamı

Prezident İlham Əliyev Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

“Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1063; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin.

 

2. 2.3-cü bənddən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında” sözləri çıxarılsın.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın