Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bəhruz Hacıyevi saxlayaraq şöbəyə gətirən polislərin də izahatı alınıb

Bəhruz Hacıyevi saxlayaraq şöbəyə gətirən polislərin də izahatı alınıb

Mingəçevirdə narkotik vasitələrin istifadəsinə və satışına görə şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun ölümü ilə bağlı araşdırmalar davam etdirilir.
 Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib.
 C. Məmmədov bildirib ki, hadisə ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb və barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır : “O, dindirilmə zamanı vətəndaşı nəzarətsiz buraxaraq hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib və intihar hadisəsi baş verib. Ona görə də Şahlar Şahlarzadə həbs edilib. Həmçinin, Bəhruz Hacıyevi saxlayaraq polis şöbəsinə gətirən 3 polis əməkdaşının izahatı alınıb, araşdırma davam etdirilir”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın