Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Bəhram Bağırzadə mərcdə uduzan jurnalistin başını qırxdı (VİDEO)

Bəhram Bağırzadə mərcdə uduzan jurnalistin başını qırxdı (VİDEO)

Azərbaycanın tanınmış aktyoru Bəhram Bağırzadə jurnalist Vüqar Həsənovun başını mərcdə uduzduğu üçün keçəl qırxıb.

BAKU.WS-in məlumatına görə, jurnalist Çempionlar Liqasında “Qarabağ” – “Şerif” qarşılaşmasından öncə bildirib ki, komandamızın növbəti mərhələyə keçəcəyi halda saçını keçəl etdirəcək.

Jurnalist sözünün üstündə duraraq saçını keçəl etdirib. Onun bərbəri isə Bəhram Bağırzadə olub. Aktyor həmin anları əks etdirən görüntünü videoya çəkib və sosial şəbəkədə yayıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə Moldovanın “Şerif” klubunu 2:1 hesabı ilə məğlub edib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın