Ana səhifə / Siyasət / “Azercell” istehlakçıların hüquqlarını pozur”

“Azercell” istehlakçıların hüquqlarını pozur”

“Azercell”in internet xidmətinin “Hədsiz” tarif paketi müştərilərin hüquqlarını kobud şəkildə pozur və onların borclanmasına səbəb olur.

Bunu virtualaz.org saytına tanınmış vəkil Ceyhun Yusifov deyib.

“Belə ki, inə görə, tarif üzrə verilən internet paketi bitdikdən sonra istehlakçının məlumatı olmadan başqa qiymətə keçid alınır və nəticədə, istifadə olunan internetə görə on dəfələrlə çox məbləğ istehlakçının balansından çıxılır. Halbuki, xidmət paketi başa çatdıqdan sonra xidmət dayandırılmalı və giriş qadağan olunmalıdır. Yaxud bununla bağlı istehlakçıya məlumat verilməlidir”, – deyə vəkil bildirib.

Ceyhun Yusifov deyir ki, “Hədsiz tarifi”ndə istehlakçının iradə ifadəsi olsa da, tarif bitdikdən sonra dəfələrlə baha olan tarifə keçərkən istehlakçının iradə ifadəsi nəzərə alınmır. Bununla da, istehlakçı aldadılır: “İstehlakçı “Hədsiz” tarifindən istifadə etdiyini düşünərək internetə girir və nəticədə, balansından ağlasığmaz məbləğlər çıxılır. Lakin göründüyü kimi, “Azercell” şirkəti bunu bilərəkdən edərək, öz abunəçilərinə əhəmiyyətli şəkildə maddi ziyan vurur. Halbuki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən, istehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, “Azercell” şirkəti istehlakçılaın hüquqlarını kobud şəkildə pozmaqla öz abunəçilərinə maddi zərər vurur”.

Vəkil istehlakçılardan “Hədsiz” tarifi ilə bağlı ehtiyatlı olmağı məsləhət görüb. Vəkil Ceyhun Yusifov bununla bağlı istehlakçıların hüquqlarını qoruyan müvafiq dövlət orqanlarına müraciət etdiyini bildirib. Bundan başqa, bu və bu kimi tariflərdən istifadə zamanı aldadılmış onlarla istehlakçı ilə birlikdə məhkəməyə müraciət edib pozulmuş hüquqlarını bərpa etməyə və bundan sonra digər istehlakçıların aldadılmasının qarşısını almağa çalışacağını bildirib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın