Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azay Quliyev haqqında böhtan yazanlar üzr istədilər

Azay Quliyev haqqında böhtan yazanlar üzr istədilər

Məlum olduğu kimi 29 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev haqqında xeber.info və arqument.az saytlarında böhtan və şantaj xarakterli yazı dərc edilmişdi. Şura qeyd olunan qanunazidd əməllərin araşdırılması, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan,  dövlət orqanının işgüzar nüfuzuna kölgə salmağa çalışan yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib.

Modern.az saytı xəbər verir ki, Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyasının 5 fevral 2016-cı il iclasında xeber.info və arqument.az saytlarında verilən sözügedən yazılarda “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd olunub. İclasda iştirak edən hər iki KİV rəhbəri Şuranın etiraz müraciəti ilə razılaşdıqlarını və MŞ-nın çıxaracağı qərarın icrasına hazır olduqlarını vurğulayıblar.

Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyası hər iki sayta xəbərdarlıq elan etməklə, şikayətin predmeti olan materialın saytdan götürülməsi, təkzib verilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən üzr istənilməsi haqqında rəy verib.

Bu gün xeber.info və arqument.az saytları sözügedən yazı ilə bağlı təkzib xarakterli məlumat dərc edib və Şura sədri Azay Quliyevdən üzr istəyiblər.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın