Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / AZAL-la 473 manata, Tiflisdən isə 277…

AZAL-la 473 manata, Tiflisdən isə 277…

 

Prezident İlham Əliyev Azərbaycan Hava Yolları şirkətinə məxsus aviabiletlərin baha olmasını kəskin tənqid edib.
Dövlət başçısı bu məsələnin qısa zamanda həll edilməsi üçün aidiyyəti orqanlara tapşırıqlar verib. Bəs görəsən, AZAL-dakı qiymətlər digər hava yolları ilə müqayisədə nə qədər bahadır ?
Gediş-gəliş olmaq üzrə Türkiyənin Antalya şəhərinə və Avropa ölkələrinə səfərlərdə qiymət fərqləri var.
AZAL-ın və Gürcüstan hava yollarının saytında göstərilən rəqəmlərdə fərq daha böyükdür. Onlayn qaydada iyulun 15-də gediş, 25-də gəliş üzrə Bakıdan Antaliyaya və Tiflisdən Antaliyaya biletlərin qiymətlərini yoxladıq.
AZAL-ın müştərilər üçün təklif etdiyi biletlərin qiyməti 648 manat, Gürcüstan hava yollarının qiyməti isə 333 manatdır. Aradakı fərq 300 manatdan da çoxdur.
Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu yerlərdən biri olan Rusiyanın paytaxtı Moskva şəhəridir. AZAL-la Bakıdan uçanın biletə görə 473 manata, Tiflisdən getsəniz, 277 manat ödəmək kifayətdir.
Digər bir ziddiyyətli məqam isə Avropa şəhərləri ilə bağlıdır. Misal üçün, İtalyanın Milan şəhəri Londonla müqayisədə Bakıya daha yaxındır. Londona gedən sərnişinlər 611 manat, Milan gedən sərnişinlər isə 670 manat ödəməlidir.
Qiymətlərin baha olduğunu xarici ölkələrə təyyarə ilə gedən Azərbaycan vətəndaşları da təsdiqləyir. Qiymətlərin baha olmasına görə AZAL-ın bir çox xarici reyslərini həyata keçirən təyyarələrdəki doluluq 40, ən yaxşı halda 50 faiz olur. Yəni 50-60-faiz yerlər üçün isə bilet satışı həyata keçirilimir. Turizmin ən qızğın vaxtında bir aviaşirkət üçün bu ən yaxşı ehtimalla bir neçə ildən sonra dövlət büdcəsindən yenidən dotasiya almaq deməkdir.
Halbuki normal qiymət siyasəti həyata keçirilərsə, həm daha ucuz qiymətə sərnişin daşımaq mümkündür, həm də daha çox qazanmaq.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın