Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / AZAL-ın bələdçiləri azadlıqda – London polisi buraxdı

AZAL-ın bələdçiləri azadlıqda – London polisi buraxdı

Ötən gün Londonda saxlanılan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bələdçiləri azadlığa buraxılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə AzVision.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. AZAL rəsmisi qeyd edib ki, bələdçilər yaxın saatlarda Azərbaycana qayıdacaqlar.

Qeyd edək ki, AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Dünən London-Bakı marşrutu ilə uçan təyyarə Londondan Bakıya qayıdıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın