Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AZAL aviabiletləri ucuzlaşdırdı

AZAL aviabiletləri ucuzlaşdırdı

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında AZAL-ın aviabiletlərə təyin etdiyi qiymətlərin yüksək olması ilə bağlı sərt çıxışından sonra Azərbaycanda hamı AZAL-dan konkret addımlar atmağı gözləyirdi.

Modern.az saytının bu gün əldə etdiyi məlumata görə, Azərbaycan Hava Yolları (AZAL) turizm şirkətlərinə aviabiletlərin qiymətlərinin aşağı salındığı barədə rəsmi məktub göndərib. Bu məktubda ayrı-ayrı istiqamətlər üçrə uçuş qiymətlərinin xeyli aşağı salındığı bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin hökumətin iyulun 13-dəki iclasında deyib ki, Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.

Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ön reysləri ilə uçanlar təsdiq edir.

“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” – deyə prezident sual edib.

İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın