Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Azərsu”yun sədri Dünya Su Şurasına üzv seçildi – FOTOLAR

“Azərsu”yun sədri Dünya Su Şurasına üzv seçildi – FOTOLAR

Noyabrın 12-14-də Fransanın Marsel şəhərində Dünya Su Şurasının (DSŞ) 7-ci Baş Assambleyası keçirilib. İlk dəfə olaraq “Azərsu” ASC Assambleyada iştirak üçün dəvət alıb və bu məqsədlə  nümayəndə heyəti Fransada səfərdə olub.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər,  növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı,  maliyyə məsələləri, DSŞ Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılıb, Şuranın İdarə Heyətinə seçkilər keçirilib. Qeyd edək ki, DŞŞ-nin ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır. Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir.

İdarə Heyətinə seçkilərdə “Azərsu” ASC-nin namizədliyi  “Hökumətlər və hökumət orqanları bölməsi” üzrə qeydə alınmış və bu barədə üzv ölkələrin nümayəndə heyətləri ətraflı məlumatlandırılıb. Bu bölmə üzrə keçirilmiş seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət  təşkilatlarının nümayəndələri də iştirak edib. Gizli səsvermə nəticəsində  “Azərsu ” ASC-nin sədri Qorxmaz Hüseynov böyük səs çoxluğu ilə DSŞ İdarə Heyətinə üzv seçilib.

 

Azərbaycanda su təhlükəsizliyi  strategiyası  əsas götürülərək su sektorunda həyata keçirilən layihələr,  su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi proqramlarının  hazırlanması, su sektoru üzrə hüquqi bazanın yaradılması, ölkəmizin  ətraf mühit üzrə bir sıra beynəlxalq konvensiyalara qoşulması, transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etməsi mühüm nailiyyətlər kimi qiymətləndirilmiş və bütün bu amillər İdarə Heyətinə üzvlüyün dəstəklənməsində böyük rol oynayıb. <p”>DSŞ-nin təmsilçiləri, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda son illər su sektorunda həyata keçirilən layihələri yaxından izlədiklərini qeyd etmiş və bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, “Azərsu” ASC su təchizatı və kanalizasiya sektorunda kifayət qədər uğurlara imza atmış bir qurumdur və  DSŞ-nin ali qurumunda təmsil olunması  görülmüş işlərin məntiqi nəticəsidir.

DSŞ-na üzvlük və qurumun İdarə Heyətində təmsilçilik  qlobal su problemlərinin,  strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir.

“Azərsu” ASC İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin  təmin edilməsinə səy göstərəcəkdir. Sudan istifadənin su  ehtiyatlarını üstələməsinə yol verilməməsi,  istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə  gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması,  su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, atmosfer yağıntılarının toplanaraq daha səmərəli istifadəsinin təmin edilməsi texnologiyalarının işlənməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, suyun keyfiyyət standart və normalarının təkmilləşdirilməsi, “yuxarı axın” ölkələri və  “aşağı axın” ölkələrinin  qarşılıqlı maraqlarının təmin edilməsi qlobal miqyasda aktual problemlər hesab edilir.

Assambleya çərçivəsində İdarə Heyətinin yeni seçilmiş üzvləri ilə görüşdə “Azərsu ” ASC-nin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Onların diqqətinə çatdırılmışdır ki, ölkəmizdə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması möhtərəm Prezident İlham Əliyev  tərəfindən prioritet vəzifə kimi müəyyənləşdirilib. Ölkə rəhbərliyinin  diqqət və qayğısı sayəsində son illər bu sahədə böyük işlər görülür, keyfiyyətli və dayanıqlı  su mənbələri hesabına  şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, yeni içməli su mənbələri aşkarlanır, müasir su emalı və sutəmizləyici qurğular inşa edilir, tullantı suları zərərsizləşdirilərək ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.<p”>

Məlumat üçün bildirək ki, DSŞ qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılmışdır. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını  birləşdirən  çoxistiqmətli beynəlxalq platformadır. DSŞ  su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı  idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir.

Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350  üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan “Azərsu”ASC ilə yanaşı,   Meliorasiya və Su Təsərrüfatı ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın