Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Azərsu”nun şöbə rəisi ifadə verdi- 1 milyonluq korrupsiya

“Azərsu”nun şöbə rəisi ifadə verdi- 1 milyonluq korrupsiya

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərsu” ASC-dəki 1 milyon manata yaxın mənimsəmədə təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadəsi dinlənilib.

Hazırda “Azərsu” ASC-də Texniki şərtlərin hazırlanması şöbəsinin rəisi Mahir Cəfərov ifadə verib.

O bildirib ki, hazırda məhkəmə istintaqı aparılan cinayət işinin bağlı olduğu hadisələrə onun sədrliyə keçməsindən əvvəl başlayıb: “Mən 2013-cü ilin dekabr ayında şöbə rəisi vəzifəsinə təyin olunmuşam. O zamana kimi artıq hüquqi şəxslərdən sənədlər “Azərsu”ya təqdim edilmişdi. Mən yalnız aparılan prosesi izləyirdim”.

Hakim bildirib ki, ittiham aktına görə M.Cəfərovun işlədiyi dövrdə də, 2014-cü ilin yanvar və aprel aylarında qanunsuz işlər görülüb: “Hüquqi şəxs müraciət edib, ona “texniki şərt” verilib. Amma pul “Azərsu”nun hesabına köçmədən işlər görülüb”.

Şöbə rəisi bildirib ki, həmin sənədlər diqqətində yayınıb: “Sonradan biz işi araşdırdıq və ortaya çıxardıq”.

“Azərsu”nun hüquq şöbəsinin əməkdaşı, təqsirləndirilən şəxs Babək Hüseynov bildirib ki, hüquqi şəxslərin ərizələrini o qəbul etməyib: “Ərizələr mənə gəlmirdi. Bizə deyilirdi ki, filan yerdə hüquqi şəxs var, ona baxın”.

Məhkəmənin növbəti iclası sentyabrın 4-nə təyin edilib.

Xatırladaq ki, Babək Həsənov Cinayət Məcəlləsinin 179-cu (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilib.

İttihama görə, “Rahat həyat” MTK, “Camallı” MTK, “BakMin İnşaat”, “İnter Ekonom”, “Bakı” Futbol klubu və digər bir neçə qurumlara “texniki şərt” verilib. Lakin bunun üçün ödənilən 950 min manat “Azərsu”nun hesabına köçürülməyib.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın