Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / “Azərişıq”ın satış direktoru niyə işə çıxmır? –  Axı, Qara Nəbiyevin məzuniyyət vaxtı iyunun 13-ü bitib…

“Azərişıq”ın satış direktoru niyə işə çıxmır? –  Axı, Qara Nəbiyevin məzuniyyət vaxtı iyunun 13-ü bitib…

“Azərişıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyevin məzuniyyət vaxtı qurtarsa da, helə də işinə qayıtmayıb. Bu barədə məlumatı saytımıza məlumatlı mənbə verib. Qeyd edək ki, bir müddət əvvəl bəzi KİV-lərdə Qara Nəbiyevin tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılmışdı. Hətta bildirilirdi ki, Nəbiyevin tutduğu görəvindən uzaqlaşdırılmasına səbəb onun ASC sədri Baba Rzayevlə münasibətlərinin olduqca gərgin olmasıdır.


Ancaq Qara Nəbiyevin yaxın ətrafı  vəziyyətin heç də KİV-lərdə yayılan kimi olmadığını bildirərək, departament direktorunun  işə getmədiyi müddət ərzində qanuni məzuniyyətdə olduğunu və səhətində yaranan problemin aradan qaldırılması istiqamətində müalicə almasını vurğulayırdılar. Sonra isə dövriyəyə belə bir məlumatda buraxıldı ki,  Qara Nəbiyev iyunun 13-ü yenidən öz vəzifəsinin başında olacaq. Cünki həmin vaxt onun məzuniyyətinin vaxtı bitirdi. Ancaq çox maraqlıdır ki, məzuniyyətinin bitməsindən bir aya yaxın vaxtın keçməsinə baxmayaraq, departament direktoru hələ də işinin başına qayıtmayıb.  Yaranmış vəziyyətlə bağlı iki ehtimal irəli sürülür. Ya mediada iddia olunduğu kimi, Qara Nəbiyevlə Baba Rzayevin arasında olan narazılıq öz həllini tam tapmayıb, ya da  departament rəhbərinin səhətindəki problemlə bağlı  müalicə olunmasına ciddi ehtiyac var.

Azinforum.az olaraq bildiririk ki, Qara Nəbiyev əslən Qəbələ rayonundandır və fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən məmurlar kateqoriyasına aidd edilir.

Yazıda adları çəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın