Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azəriqaz” vətəndaşın başına necə oyun açır – ŞİKAYƏT

“Azəriqaz” vətəndaşın başına necə oyun açır – ŞİKAYƏT

«İki ildən çoxdur ki, mənə məxsus evin qaz sayğacının önündə quraşdırılmış qaz tənzimləyicisi oğurlandığından qazdan istifadə edə bilmirəm. Görün məmurlar vətəndaşı nə qədər süründürür ki, vətəndaş məcbur qalıb bir qaz sayğacından ötrü də prezidentə yazır». DİA.AZ bildirir ki, bunuMasazır sakini, 1-ci qrup əlil Miryaqub Babayev deyir.

M.Babayevin evi nə az, nə çox – düz iki ildir ki, «Azəriqaz» işçiləri üzündən mavi yanacaqla təmin olunmur. Daha dəqiqi, iki il əvvəl oğurlanmış qaztənzimləyicinin yeri hələ də boş qaldığından, abonent qaz sayğacından istifadə edə bilmir: ««Azəriqaz»ın korrupsiya çirkabına bulaşmış idarələri bu avadanlığı özümə aldırmaq istəyirlər. İki ildən çoxdur ki, onlar buna çalışırlar. Aldığım 200 manat təqaüd heç dərmanlarıma çatmır, yediyim də qara çörəklə duzdur. Mən bunu iki ildir ki, «Azəriqaz»ın işçilərinə başa sala bilmirəm».

M.Babayev: «Mən də aldığım rəsmi cavabları, polisdən oğurluğu təsdiqləyən sənədi və iddia ərizəmi Abşeron rayon Məhkəməsinə təqdim etdim. Məhkəməyə rüsum ödəmək imkanım olmadığından iddiamı özümə qaytardı».

Məhkəmədən əli üzülən abonentin son ümidi yenə ölkə başçısına yazmağa qalır. Budəfəki məktubundan sonra Abşeron rayon Qaz İdarəsindən ona cavab gəlir: «Cavabdan belə məlum oldu ki, guya onlardan qaztənzimləyici tələb etməyim əsassızdır. Açıq şəkildə yazmışdılar ki, «avadanlığı al, gərək quraşdıraq»».

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın