Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Azərcell”in ağlasığmaz internet maxinasiyası – Və ona dəstək verən dövlət provayderləri…

“Azərcell”in ağlasığmaz internet maxinasiyası – Və ona dəstək verən dövlət provayderləri…

Tanınmış  jurnalist İbrahim Rüstəmli Azərcell mobil operatorundan şikayətlənib. Bu barədəredaksiyamıza İ.Rüstəmlinin özü bildirib. Həmkarımız qeyd edib ki, sözügedən mobil operator insanların cibinə girməklə məşğuldur:

“Bugünlərdə Azercell nömrəmlə Bakcell nömrəsinə MMS vasitəsilə 4 şəkil göndərməli idim. Göndərdim də. O 4 şəkilə adıçəkilən mobil operator balansımdan 3 manat 98 qəpik, yəni 4 manat pul çıxdı.Əlbəttə, bu məni hiddətləndirdi. Müqayisə aparmaq üçün həmin şəkilləri Bakcell nömrəmdən də gödərdim və Bakcell həmin 4 şəkil üçün balansımdan 90 qəpik çıxdı. Məsələ mənim 4 manat və ya 90 qəpik itirməyim və ya xərcləməyimdə deyil. Söhbət ondan gedir ki, Azərcell bu tarifləri hansı prinisplərə əsasən formalaşdırır!?. Necə olur ki, eyni ölkədə fəaliyyət göstərən mobil operatorun biri 4 şəkilə 90 qəpik, digəri 4 manat tutur? Bu, vətəndaşların, Azərbaycan insanının cibinə girib, oğurluq etməkdir. Bunun başqa adı yoxdur”.

İ.Rüstəmli onu da əlavə edib ki, həmin mobil operatorla əlaqəsaxlayıb, məsələni diqqətlərinə çatdırsam da, qurum işçisinin cavabı heç də ürəkaçan olmayıb: “Etiraz etdim. Mən 2-ci qrup əliləm. Müharibə veteranıyam. 4 şəkilin göndərilməsi üçün niyə 4 manat ödəməliyəm? Bu tarifi kimlər və hansı prinsiplərlə  müəyyənləşdirib? Rəhbərliyiniz hara baxır? Ölkədə iqtisadi böhrandır. Əhalinin orta aylıqəmək haqqı aşağıı olduğu halda 4 şəkilə 4 manatı necə ödəsin. Mənədeyir ki, internet paketi götürüb, şəkilləri “watsap”la göndərin. Deməli, Azərcell müştərilərini dolayısı ilə həm də məcbur edir ki, internet paketi də götürsün. Bu müştəriyə hörmətsizlikdir. Bu dolayısı ilə yenədə müştərinin ailə büdcəsinə təhdiddir.”

Qeyd edək ki, bu, Azərcellin birinci “cibgirliyi” deyil. Son zamanlar adıçəkilən mobil operator bəzi şirkətlərlə müqavilə bağlayaraq müştərilərini avtomatik olaraq bəzi ödənşili reklam kampaniyalarına qoşur ki, bunun da müqabilində həmin şirkətdən faiz alır. Şübhəsiz ki,əziyyəti sadə, sıravi vətəndaşlar çəkirlər. Yəni müştərini bir kampaniyaya qoşmaqla onun balansından hər gün 60 qəpik və aya 1 manay pul tutur. Bir sözlə, Azərcell öz “xoşbəxtliyini” müştərilərinin “bədbəxtliyi” üzərində qurur.

Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman GÜNDÜZ də AİM.Az-a açıqlamasında qeyd edib ki, ölkəmizdə mobil internet qonşu ölkələrlə müqayisədə kifayət qədər bahadır:

“Bizdə 4-5 mqb üçün nəzərdə tutulan tariflərlə qonşu ölkələrdə 4-5 qat daha çox trafik sürət əldə etmək olar. Hesab edirəm ki, bizdə bu sahədə qiymətlərin endirlməsi və eyni zamanda sürətlərin artırılmasına ehtiyac var. Elə etmək lazımdır ki, Azərbaycanda mobil internet həm əlçatan, həm də ucuz olsun”.

Ekspert mobil internetin bahalığının səbəblərini də aydınlaşdırıb:

“Bizdə internetin baha olmasının birinci səbəbi odur ki, dövlət provayderləri internet bazarında rəqabətin qarşısını alır. Dövlət internet provayderlərinin bazarda xüsusi çəkisi 50 faizdən yuxarıdır. Bu da internet bazarına təsir edir. Bu səbəbdən özəl provayderlər dədövlət provayderlərindən ehtiyatlanaraq qiyməti aşağı salmaq istəmir. Yəni qiyməti bazar özü müəyyən edə bilmir. Dövlət provayderləri qiymət endirimində maraqlı olmalıdırlar ki, digər provayderlər dəqiymətlərini endirsin”.

AİM.Az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın