Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azərbaycanlı taksi sürücüsü turisti Hava limanından otelə 1500 manata aparıb

Azərbaycanlı taksi sürücüsü turisti Hava limanından otelə 1500 manata aparıb

Rusiyaya gələn çilili jurnalisti azərbaycanlı taksi sürücüsü aldatıb.

Azinforum.az məlumatına görə, jurnalist Dieqo Saes Miranda Domodedovo hava limanından çıxıb taksi saxlayıb. Otelə çatanda sürücü gedişhaqqı kimi ondan 50 min rubl (1500 AZN) alır.

Çilili jurnalist aldandığını başa düşərək polisə müraciyət edib. Sürücünün azərbaycanlı olduğu məlum olub. O, jurnalistə pulu qaytararaq üzr istəyib.
“Mən onu aldatmaq istəməmişəm. Gediş haqqı 5 min olduğunu dedim. O, mənə çox verəndə elə başa düşdüm ki, bəxşiş verir”. Taksi sürücüsü deyib.

Qeyd edək ki, ötən gün Rusiyada Konfederasiya kuboku başlayıb. Turnirin açılış matçı Rusiya ilə Yeni Zenlandiya (2:0) arasında baş verib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın