Ana səhifə / Siyasət / Azərbaycanlı diplomat Cenevrədə Qarabağdan danışıb

Azərbaycanlı diplomat Cenevrədə Qarabağdan danışıb

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin dəvətinə əsasən məktəbin tələbə və müəllim heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir V.Sadıqov məktəbin “Xarici siyasət məsələləri və təhdidlər” adlı mühazirələr proqramı çərçivəsində yerli və xarici tələbələrin qarşısında çıxış edərək, Azərbaycanın qədim və müasir tarixi barədə məlumat verib, müstəqilliyin bərpa olunmasından sonra ölkəmizin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasəti, hazırkı sosial-iqtisadi islahatlar, aparılan çoxsahəli xarici siyasət, o cümlədən Azərbaycanın təşəbbüskarı olduğu regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə söz açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli prosesinin hazırkı mərhələsi barədə məlumat verən səfir V.Sadıqov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini və bu sahədə beynəlxalq hüquq prinsiplərinə əsaslanan Azərbaycanın mövqeyini gənc dinləyicilərin diqqətinə çatdırıb.

Mühazirənin sonunda səfir V.Sadıqov tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …