Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Azərbaycanla Ermənistanın mövqeyində yaxınlaşma var” – Politoloq

“Azərbaycanla Ermənistanın mövqeyində yaxınlaşma var” – Politoloq

Ermənistan tərəfi Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təklif aldığını açıqlayıb.
Qeyd olunub ki, bu təklif Ermənistan üçün məqbuldur. Hazırda sənəd üzərində iş getdiyi də bildirilir. Məsələ ilə bağlı hələlik Azərbaycan tərəfindən rəsmi açıqlama verilməyib.

Maraqlıdır, söhbət hansı sənəd və ya təklifdən gedir?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Oqtay Qasımlı tərəflər arasında sülh sazişi ilə bağlı məsələlərə yanaşmada yaxınlaşma hiss olunduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Almaniyada Azərbaycanla sülh sazişi üzərində işin davam etdiyini deyib:
“Azərbaycanın təklif etdiyi variant üzərində işləyirlər. Ermənistan da öz təkliflərini Azərbaycana göndərib və tərəflər arasında məsələlərə yanaşmada yaxınlaşma hiss olunur. Söhbət sülh sazişi ilə bağlı sənəddən gedir. Bir il öncə Azərbaycan tərəfi Ermənistana 5 baza prinsipi əsasında sülh müqaviləsi bağlamağı təklif etmişdi. Ermənistan prinsipcə bu təkliflərin qəbul edilə bilən olduğunu bəyan etmişdi. Ondan sonra xeyli zaman keçib və tərəflər arasında dəfələrlə yüksək səviyyəli görüşlər keçirilib”.

Politoloq bildirib ki, hazırda üzərində işlənən sənədin məzmunu haqqında dəqiq söz demək çətindir:

“Lakin ehtimal olunan məsələ odur ki, Azərbaycanın irəli sürdüyü baza prinsipləri və bunun ətrafındakı məsələlərdən söhbət gedir. Ermənistan tərəfi bir zamanlar Qrabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsini önə çəkirdi. Bəzi hallarda daha irəli gedərək status məsələsini qabartmağa çalışırdı. Amma bu məsələlər hamısı Azərbaycan tərəfindən geri çevrilib. Birmənalı şəkildə bildirilib ki, Qarabağ məsələsi həllini tapıb və bu məsələ Azərbaycanın daxili işidir. Orda yaşayan erməniəsilli vətəndaşların təhlükəsizliyi məsələsi isə Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə təmin olunacaq. Bununla bağlı təminatlar da verilib. Bu baxımdan sənədin dəqiq məzmunu ilə bağlı bir şey demək olmasa da, fikrimcə, müzakirələr Azərbaycanın təklif etdiyi prinsiplər ətrafında aparılır”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …