Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanın xaricdəki bəzi səfirliklərində nöqsanlar aşkarlanıb

Azərbaycanın xaricdəki bəzi səfirliklərində nöqsanlar aşkarlanıb

Azərbaycanın xaricdəki 5 səfirliyində maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarlanıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.

Bunlar Azərbaycanın Tacikistan, Qırğızıstan, Bolqarıstan, İtaliya və Misirdəki səfirlikləridir.

Görülən tədbirlər nəticəsində maliyyət itkilərinin Tacikistan, Qırğızıstan və Bolqarıstandakı Azərbaycan səfirliklərindən ödətdirilməsi Palata tərəfindən qeydə alınsa da, İtaliya və Misirdəki səfirliklərdəki maliyyə itkisinin bərpası qeydə alınmayıb. Xarici İşlər Nazirliyindən Hesablama Palatasına bununla bağlı iş aparılması barədə məlumat verilib.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın