Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanın nota verdiyi Fransada “qara siyahı”dakı namizəd prezident seçilsə…

Azərbaycanın nota verdiyi Fransada “qara siyahı”dakı namizəd prezident seçilsə…

Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekresin Xankəndi şəhərinə qanunsuz səfəriylə əlaqədar Azərbaycan XİN-i etirazını bildirib. Xarici İşlər Nazirliyi Azərbaycanın müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan Fransa vətəndaşlarının hərəkətlərinə qəti etiraz edib. Bu qadın namizəd bundan sonra Azərbaycan ərazisinə giriş hüququndan məhrum edilib.

Pekresin Xankəndi səfəri həm də bəzi suallar yaradıb. Bəs o, Fransada seçkidə qalib gəlib, prezident postuna sahiblənsə, onda necə olacaq? Rəsmi Bakı Fransanın ölkəmizə qarşı qanunsuzluq və sayğısızlıq etmiş yeni prezidenti ilə bağlı verdiyi “arzu olunmaz şəxs” “damğasını” qaldıracaqmı?

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Pekresin qalib gəlmə şanslarını ümumiyyətlə görmür: “Ermənilər tarix boyu yaşadıqları ərazilərdə, daxili siyasətdə rəqabət aparan siyasətçilərin, xarici siyasətdə isə ayrı-ayrı güc mərkəzlərinin aləti funksiyasını yerinə yetiriblər. Bu, onların ən yaxşı bacardıqları işdir. Ermənilər məskinlaşdıqları bütün ərazilərdə mövcud olan dövlətlərə və bu dövlətlərin titul xalqlarına qarşı xəyanət yolunu tutublar. Roma imperiyasından Osmanlıya, Babək hərəkatından Səfəvilərə, Qacarlara, Azərbaycan Cümhuriyyətinə və Azərbaycan Respublikasına kimi tarixin hər anında erməni xəyanətlərinin izi var.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Bu baxımdan, Fransada məskunlaşan ermənilərin bu ölkənin daxili siyasətində istifadə alətinə çevrilməsində də təəccüblü heç nə yoxdur. Fransa Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Xankəndi şəhərinə qanunsuz səfərinin təməlində də, məhz ermənilərə yarınaraq, seçkilərdə onların səsini qazanmaq niyyəti dayanır. Seçki ərəfəsində Fransada sağçı namizədlərin sayı çoxdur və onlar ultramillətçi tezislərlə və bu kontekstdə erməni məsələsini qabartmaqla ikinci tura çıxmağa çalışırlar. Keçmiş sosialist Emmanuel Makron nə sağçı, nə də solçu olmadığını iddia etsə də faktiki olaraq, sol düşərgənin yeganə namizədidir. Həm də Makronun ”İrəli Respublika” partiyasının proqramları sosialistlərin proqramlarından bir o qədər də fərqlənmir. Fransada keçirilən son sorğuların nəticələrinə görə, seçkilərin birinci turunda Makron seçicilərin 17%-nin səsini qazana bilər. İkinci sırada 12% səslə radikal sağçı Le Pen və populist, millətçi Zemmur gəlir. Respondentlərin 10%-i Pekresi dəstəkləyəcəklərini bildiriblər. Göründüyü kimi, Makronun ikinci tura keçməsi üçün elə də ciddi maneə yoxdur. Çünki hazırda sağçılar sol düşərgənin namizədi Makrondan daha çox, bir-biri ilə rəqabət aparırlar. Fransa vətəndaşı olan ermənilərin sayının müxtəlif mənbələrdə 350 mindən 700 min nəfərədək olduğu bildirilir. Fransa əhalisinin sayına görə, bu çox kiçik rəqəmdir. Amma ermənilər daha yaxşı təşkilatlandıqları üçün siyasi qüvvələr arasında manipulyasiya etməyi bacarırlar. Həmçinin, nəzərə almaq lazımdır ki, erməni məsələsi, Fransada həm də islamafob dairələrin seçki mesajlarının ideoloji xətlərindən birini təşkil edir. Pekresin seçkilərdə qalib gəlmək şansı, həddindən artıq azdır, bəlkə də mümkün deyil. Bu baxımdan, çox böyük ehtimal ki, “arzuolunmaz şəxs” Pekres Fransa Prezidenti statusunda ölkəmizə səfər edə bilməyəcək. Yox əgər möcüzə baş versə və aşırı sağçılardan biri, o cümlədən Pekres prezident seçilsə, o zaman Fransanın nəinki Cənubi Qafqazdan, bütün türk və islam aləmindən əli birdəfəlik üzülə bilər. Bu əhalisinin 5 milyon nəfəri müsəlman olan bir ölkənin daxili siyasəti üçün də yaxşı perspektiv vəd etmir”.

Ermənistan-Azərbaycan sülh sazişi - Aİ sənəddə imzasının olmasını istəyir

Elşən Mustafayev: “Pekresə qarşı nə imkan varsa, 2022-ci ilin yazına qədər tətbiq edilməlidir”

AMİP-in beynəlxalq əlaqələr üzrə müavini, siyasi təhlilçi Elşən Mustafayev Pekresin bu hərəkətini dövlətçiliyimizə qarşı qəsd kimi qəbul edir: “İstənilən xarici vətəndaşın Ermənistan üzərindən Qarabağa gəlməsi qanunlarımızı, dövlətimizi saya salmamaq kimi başa düşülməlidir . Fransa kimi böyük bir dövlətdə prezidentliyə namizəd Valeri Pekresin belə hərəkəti isə konkret Azərbaycana və onun ərazi bütövlüyünə qəsd kimi dəyərləndirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi bu hərəkətə dərhal reaksiya bildirib, bununla bağlı bütün prosedurları işə salmalı idi. Amma hadisə məlum olur 22 dekabrda, rəsmi münasibət isə 23 dekabrda günün ikinci yasrısından sonra yayılır. Halbuki, o vaxta qədər ölkə mətbuatı, siyasi partiyalar, ictimai fəallar artıq münasibət ortaya qoymuşdular. Eyni zamanda, etirazın bir qolu da Rusiya Fedarasiyasına uzanmalı idi. Sülhməramlıların nəzarəti altında olan yoldan xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə buraxılmasının hesabatı soruşulmalı idi. Amma bu günə kimi rəsmi olaraq belə bir müraciətin şahidi olmamışıq. Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz səfərinə bir daha qayıdaraq bildirmək istəyirəm ki, onunla bağlı dərhal böyük bir kampaniyaya başlanılmalıdır. Söhbət onun təkcə ”arzuolunmaz şəxs” elan olunmasından getmir. Bütün vasitələrlə onun üzərinə gedilməli, hətta Fransada siyasi rəqibləri vasitəsi ilə onun ifşasına çalışılmalıdır. Məsələnin üstünə bu şəkildə gedilərsə, bu xaricdə yaşayan, gələcəkdə Qarabağa getmək fikrinə düşəcək siyasilərin, ictimai xadimlərin qərarlarının dəyişməsinə kömək edəcək. Yəni Valeri Pekresə qarşı nə imkan varsa, 2022-ci ilin yazına qədər tətbiq edilməlidir. Yazda Fransada keçiriləcək prezident seçkilərində əgər qalib olarsa (əslində bu gün üçün hələ sual altındadır) Azərbaycan ona qarşı əvvəlki kimi sanksiyalar və s. tətbiq etməyəcək. Yəni təsəvvür edin ki, Fransa prezidenti Azərbaycana gəlmək istəyir. Azərbaycan deyir ki, sən “arzuolunmaz şəxs” elan olunmusan, gələ bilməzsən. İnanmıram ki, belə bir hal baş versin. Çünki bu şəkildə etiraz artıq şəxsə yox, prezident olduğu üçün dövlətə olunmuş hesab olunur. Belə halda da gərək bütün diplomatik münasibətlər kəsilsin və s. Digər tərəfdən indiyədək Qarabağda olmuş, qara siyahıya düşmüş bir neçə sənət adamının, hətta siyasətçilərin sonradan hansısa səbəblərdən Azərbaycana girişinə icazə verilməsinin şahidi olmuşuq”. Musavat.com

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …