Ana səhifə / Siyasət / Azərbaycanın İrandakı səfiri geri çağırıldı, yenisi təyin olundu (SƏRƏNCAM)

Azərbaycanın İrandakı səfiri geri çağırıldı, yenisi təyin olundu (SƏRƏNCAM)

Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …