Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycanın ikinci peykinin buraxılış vaxtı məlum oldu

Azərbaycanın ikinci peykinin buraxılış vaxtı məlum oldu

Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace 2”-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.

Bu barədə Trend-ə “Azərkosmos” ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk “Azerspace 1”-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, “Azerspace 1” 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

454 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın