Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanın ABŞ-dakı səfiri jurnalistlərin Facebook bloqlarının bağlanması haqda

Azərbaycanın ABŞ-dakı səfiri jurnalistlərin Facebook bloqlarının bağlanması haqda

Xəbər verildiyi kimi, Azərbaycanın bir sıra aparıcı bloqerlərinin və bəzi KİV-lərin baş redaktorlarının Facebook sosial şəbəkəsindəki səhifələri kütləvi şəkildə blok edilib.

Bloklanmanın səbəbi hələlik məlum deyil. Amma 30 günlük ban edilən sosial şəbəkə istifadəçilərinin siyahısı durmadan artmaqdadır.

İlkin ehtimala görə, buna seçilmiş hansısa paylaşımlara görə gələn çoxlu şikayətlər səbəb olub. Belə ki, Facebook-dakı şikayətlərə baxan sistem çoxsaylı şikayətlərə yönləndirilib.

Bununla yanaşı, bu cür qərarlara apellyasiya göndərmək cəhdi də alınmır – moderatorlar apellyasiyaya həmişə baxmırlar.

Hələlik azərbaycanlı blogerlərin Facebook-da bloklanmasının arxasında kimin dayandığı bilinmir. Lakin bu hal, yuxarıda da vurğuladığımız kimi, günbəgün artır.

Xatırladaq ki, bir çox tanınmış jurnalistlərin, o cümlədən virtualaz.org və haqqın.az informasiya-analitik portallarının baş redaktoru Eynulla Fətullayevin sosial şəbəkədəki səhifəsi hələ də blokdadır.

Virtualaz.org azərbaycanlı jurnalistlərin kütləvi şəkildə bloklanması ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova müraciət edib.

Diplomat səfirliyin Facebook rəhbərliyi ilə əlaqə saxladığını,azərbaycanlı istifadəçilərin bloklanması ilə bağlı məsələyə aydınlıq gətirilməsini tələb etdiyini bildirib.

“Hələlik Facebook rəhbərliyi ilə görüş barədə sorğuma cavab gəlməyib, amma biz şirkətlə daim əlaqədəyik və məsələni nəzarətdə saxlayırıq”,- deyə səfir vurğulayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …