Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Azərbaycanın ərazisidir, statusu gələcəkdə həll olunacaq…”

“Azərbaycanın ərazisidir, statusu gələcəkdə həll olunacaq…”

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən də danışıb. Bildirib ki, sebtyabrın 27-də münaqişənin kənardan müdaxilə ilə alovlanması barədə deyilənləri düzgün saymır. Çünki gərginlik illərdir davam edirdi.

“Situasiya nəzarətdən çıxdı. Bu gərginlik bir çox illər ərzində davam edirdi. Hesab etmirəm ki, müharibə kənardan hansısa müdaxilə ilə başladı. Dəfələrlə atışmalar, xırda toqquşmalar olmuşdu. Sonda bütün bunlar münaqişəyə gətirib çıxardı. Rusiyanın mövqeyi həmişə bundan ibarət idi ki, hər hansı qan axıdılmasına yol vermədən tərəflər razılaşmaya gəlməlidir”,-o deyib.

Putin əlavə edib ki, Rusiya həmişə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bundan əlavə, regionda status-kvo qeydə alınmalıydı. “Türkiyənin mövqeyi isə Azərbaycanın haqq işinin müdafiəsinə əsaslanır. Ankara ərazilərin Bakıya qaytarılmasında israr edirdi. Ermənistan Qarabağı tanımadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu Azərbaycan ərazisidir”,-Rusiya prezidenti bildirib.

Putin qeyd edib ki, münaqişə tərəfləri üçtərəfli razılaşma əldə olunan andakı mövqelərində qalmalıdır. O habelə qeyd edib ki, Qarabağın statusu dəyişməz qalmalıdır və gələcəkdə həll olunacaq.

Rusiya prezidenti üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda atəşkəsin pozulması hallarının çox az olduğunu bildirib. Ümid edib ki, bundan sonra da belə olacaq. Habelə o, beynəlxalq vasitəçiləri də “sözdən işə keçməyə” çağırıb.

“Biz ümid edirik ki, beynəlxalq müşahidəçilər də işə qoşulacaqlar, çünki təkcə Rusiya bunu etməli və humanitar yardımları göndərməli deyil”,-o bildirib. Virtualaz.org

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …