Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanın ən yaraşıqlı kişisinə yeni vəzifə verildi

Azərbaycanın ən yaraşıqlı kişisinə yeni vəzifə verildi

Azərbaycanın ən yaraşıqlı kişisi kimi tanınan model Rüstəm Cəbrayılov sığorta şirkətlərinin birində idarə rəisinin müşaviri kimi yeni işə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə model özü məlumat verib:
“Bu iş modellik fəaliyyətimə təsir göstərməyəcək. Sadəcə vaxtımın boş keçməsini istəmədiyim üçün məşhur sığorta şirkətində və sevdiyim işdə çalışmaq qərarına gəldim. Sığorta işini çox bəyənirəm, çünki həm insanlarla ünsiyyətdə olursan, həm də onlara kömək edirsən. Bir sözlə insanlarımıza hər tərəfli xidmət göstərirsən. İnsan həyatından tutmuş əşyalara qədər bildiyimiz hər şeyi sığortalayaraq sonradan baş verə biləcək hər hansı bədbəxt hadisə zamanı onların yanında olub, həm maddi, həm də mənəvi dəstək göstərmək gözəl duyğudur. Ən əsası insanın gözəl iş kollektivi olması konkret cekpoddur”.
Xatırladaq ki, azərbaycanlı model 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olub. Bu hadisədən sonra o, Azərbaycanın ən yaraşıqlı kişisi kimi şöhrət qazanıb.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …