Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Azərbaycanın ən böyük düşməni türklər olub” – Elmlər Akademiyasının alimi

“Azərbaycanın ən böyük düşməni türklər olub” – Elmlər Akademiyasının alimi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar verdiyi son müsahibədə türklərlə bağlı qalmaqallı fikirlər səsləndirib.
Moderator.az müsahibədən həmin hissəni təqdim edir:
– Azərbaycanda bir çox tarixi hökmdarların analarının ayrı millətlərdən olması məsələsi son vaxtlar xüsusi olaraq qabardılır. Misal üçün, ayrı-ayrı şəxslər iddia edir ki, Şah İsmayıl Xətainin anası xristian olduğu üçün, o da xristian olub və sairə. Sizcə, bunu deyən alimlər nə dərəcədə haqlıdır?
– Bu cür yanaşmalar doğru deyil. Mən buna qəti şəkildə qarşıyam. Yəhudilərdə nəsil, kök ana ilə götürülür. Bizdə isə ata ilə. Nizami Gəncəvinin anası kim idi? Kürd idi. Bu o demək deyil ki, Nizami kürd şairi olub.
Ümumiyyətlə, mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta, ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə dəfə dağıdıb? Təbrizi, Gəncəni türklər yox edib, dağıdıb. Osmanlı qoşunu Çaldıran döyüşündə minlərlə türkü öldürüb. İndi də həmin Çaldıran düzü Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın