Ana səhifə / Siyasət / Azərbaycandan sonra İsrail hərəkətə keçdi

Azərbaycandan sonra İsrail hərəkətə keçdi

Rusiya ilə yaşanan gərginlik səbəbindən təbii qazın tədarükündə riskli vəziyyətə düşən Türkiyə alternativ bazar axtarışlarını sürətləndirib. Bir nüçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, ölkəsi ən çox Qətər və Azərbaycandan təbii qaz alır.

Bu dəfə isə İsraildən Türkiyəyə gözlənilməz təklif edilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan və Qətərdən sonra İsrail Türkiyəyə təbii qaz nəql etmək barədə təklif irəli sürüb.

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Türkiyəyə təbii qazın satışına görə rəsmi Ankara ilə müzakirələr aparılır. Baş nazirin bu açıqlaması “İsrail-Türkiyə təbii qaz boru xətti” layihəsini yenidən gündəmə gətirib.

İsrail şirkətlərinin təmsilçiləri məlumat yayıblar ki, illik 10 milyard kubmetr təbii qazın 3-4 ilə qədər Türkiyəyə nəql edilə bilər. Bu da Türkiyənin Rusiyadan bu gün idxal etdiyi təxminən 30 milyard kubmetr qazın 3/1-i deməkdir. Ancaq İsrail qazının Türkiyəyə göndərilməsi üçün əvvəlcə diplomatik münasibətlərin qaydaya düşməsinin vacibliyi vurğulanır.

“İsrail-Türkiyə təbii qaz boru xətti” layihəsi

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məsələ ilə bağlı açıqlama verib ki, Türkiyənin İsraillə münasibətlərinin yenidən bərpa olunması üçün 3 şərt var: “Mavi Mərmərə hadisəsinə görə İsrail üzr istəməli, təzminat verməli və Qəzzaya embarqonu tamamilə ləğv etməlidir”.

Ümumiyyətlə, Türkiyə Rusiya ilə münasibətlər gərginləşdikdən sonra Azərbaycan və Qətərdə rəsmi danışıqlara başlayıb. Azərbaycan isə Türkiyəyə yardım etməyə hazır olduğunu bəyan edib. Artıq TANAP layihəsi üzərində işlər daha da sürətləndirilib. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq.

İlham Əliyev – Azərbaycan prezidenti

2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP-ın ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsi olduğunu deyən prezident İlham Əliyev deyib ki, layihə 2018-ci ildən tez başa gələ bilər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın