Ana səhifə / Siyasət / Azərbaycandakı Qafqaz Universiteti bağlanıb

Azərbaycandakı Qafqaz Universiteti bağlanıb

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın