Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycanda pulla oyun alanlar sərt cəzalanacaq – Cərimə və həbs

Azərbaycanda pulla oyun alanlar sərt cəzalanacaq – Cərimə və həbs

Azərbaycanda idman yarışlarında manipulyasiya, ona qarşı təbliğat və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunur.

Qafqazinfo” xəbər verir ki, bununla Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr müzakirəyə çıxarılıb. “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilən 40.2 (İdman yarışlarının manipuliyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır. Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən maddə 192-2 (İdman yarışlarının manipulyasiyası) görə isə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi 3 000 manatdan 5 000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Millət vəkilləri nəzərdə tutulan sanksiyanın sərtliyindən şikayətlənib. Qeyd ediblər ki, idmançılar üçün sanksiyanın yüksək olması yaxşı hal deyil. Gələcəkdə sanksiyanın miqdarının yüngülləşdirilməsi yaxşı olardı.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın