Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? — AÇIQLAMA

Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? — AÇIQLAMA

Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidir. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir.


Bunu FED.az-a müsahibəsində beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, ”Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov bildirib. 


– Son vaxtlar icra başçılarını bir-birini ardınca dəyişdirirlər – vəzifədən normal gedən də demək olar ki yoxdur, hamısı həbs edilib işdən qovulur. Bu proses nəticəsində yerli icra hakimiyyətlərində idarəetmə dəyişə bilərmi?


– ”İnsanlar bizə tez-tez sual verirlər ki, 5 rayonun icra başçısı həbs edilməsinə baxmayaraq yerdə qalanları niyə hələ də rüşvət, korrupsiya, tenderlərə fəsad qarışdırma və bir sıra dövlət əleyhinə fəaliyyətlərlə məşğul olurlar, hələ 6-cı rayonun da İcra başçısı həbs edilir?


Əgər bələdiyyələr varsa, niyə İcra Hakimiyyətləri də mövcuddur? Birmənalı olaraq deyirəm ki, icra hakimiyyətləri ləğv edilməlidir.


Bu məsələdə Türkiyə modelininin fundamental elementlərini istifadə edə bilərik. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Bələdiyyələrimiz bu gün dövlətdən maliyyələşir, lakin fəaliyyətləri torpaq satışından ibarətdir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən vəsait alması dayandırılmalıdır. Bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməlidirlər”, – Asif İbrahimov qeyd edib.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …