Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycanda “elektron çoban”lar fəaliyyətə başlayır

Azərbaycanda “elektron çoban”lar fəaliyyətə başlayır

Zaman keçdikcə müxtəlif işlərdə insan əməyinə ehtiyac qalmayıb. Müasir texnologiyanın inkişafı qoyunların da elektron üsulla otarılmasına imkan verir.

Baku.ws bildirir ki, Azərbaycanda artıq “elektron çoban”lar fəaliyyətə başlayır. “Elektron çoban”ın xidmətindən istifadə edərək fermerlər rahatlıqla digər işləri ilə məşğul ola bilərlər. Bu qurğunun sayəsində isə mal-qara otlaq sahələrində təhlükəsiz şəkildə otlayır.

Kənd sakinlərinin öz icadları olan “elektron çoban” məftildən və elektrik cərəyanı ötürən qurğudan ibarətdir. Ərazini əhatə edən məftillər zəif elektrik enerjisi ilə təmin olunur. Bu məftilə toxunan heyvanı elektrik vurur, nəticədə də heyvan qorxaraq geriyə qayıdır. Onu da qeyd edək ki, bu zaman heyvanlara heç bir zərər toxunmur.

Aran rayonlarında çox tətbiq edilən bu qurğunun necə işlədiyi haqda videonu təqdim edirik.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın