Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycanda deputatların sayı 200-ə qaldırılacaq

Azərbaycanda deputatların sayı 200-ə qaldırılacaq

Payızda Milli Məclisə seçkilərin keçiriləcəyi məsələsi yenidən gündəmə gəlib. 

Bununla bağlı yayılan məlumatlarda Milli Məclisə yenidən seçkilərin keçirilməsi referendum planı ilə izah edilir. 

İddia olunur ki, hakimiyyət konstitusiya islahatları aparmaq yönündə düşünür. Bunun üçün isə referenduma zərurət var. Referendumda proporsional seçki sisteminin bərpası, icra hakimiyyətlərinin ləğvi, Azərbaycanda inzibati ərazi bölgüsünün dəyişdirilməsi və bu kmi məsələlərin nəzərdə tutulduğu bildirilir. 

Lakin bəzi məlumatlarda proporsional seçki sisteminin bərpasının məqəsdəuyğun sayılmadığı, əvəzində deputat sayının 200-ə çatdırılmasına üstünlük verildiyi iddia olunur. 

Milli Məclisə seçkilərə gəlincə, bildirilir ki, istənilən halda seçkilərin vaxtının dəyişdirilməsi zəruridir. Çünki sonuncu dəfə Milli Məclisə 2020-ci ilin fevralında keçirilib. Nəzərə alsaq ki, parlament seçkiləri 5 ildən bir keçirilir, o zaman növbəti seçkilərin vaxtı 2025-ci ilə düşür. Həmin il Azərbaycanda həm də prezident seçkiləridir. Sonuncu prezident 2018-ci ildə keçirilib. Konstitusiyada aparılan dəyişikliklərdən sonra prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

İki ciddi siyasi prosesin eyni ildə həyata keçirilməsi o qədər də asan məsələ deyil və hətta mümkünsüzdür. Ona görə də siyasi ekspertlər hesab edir ki, istənilən halda parlament seçkilərinin vaxtı dəyişdiriləcək. 

“Bu seçkilərin ertələnməsi deyil, vaxtın irəli çəkilməsi ola bilər”, deyə ekspertlər bildirir. 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …