Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Azərbaycanda daha bir avtobus qəzası – Yaralılar var

Azərbaycanda daha bir avtobus qəzası – Yaralılar var

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın